“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.
×
4.11.2022-ci il tarixində Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə "Alban memarlıq abidələri" adlı (Zoom platforması vasitəsilə) konfrans keçirilmişdir. Konfransda "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmiş, qoruğun aparıcı elmi işçisi Paşşanova Unnab "Qafqaz Albaniyasının izlərini daşıyan Keşikçidağ" adlı məqalə ilə çıxış etmişdir.