Vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimiz və onların bizlərə əmanət qoyduqları ailələləri dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Buna müvafiq olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi “8 Noyabr-Zəfər günü” münasibətilə Saloğlu qəsəbəsində olmuş, həmin qəsəbədən olan Vətən müharibəsi şəhidlərinin qəbrini ziyarət etmiş, həmçinin şəhidlərin ailələri ilə görüşmüşlər. Allah şəhidlərimizə rəhmət eləsin!