“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Quliyev Rusif Asim oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Quliyev Rusif Asim oğlu Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Quliyev Rusif Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”,”Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!