"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq"

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş İsmayılov Bahaləddin Temraz oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, İsmayılov Bahaləddin Temraz oğlu Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Azərbaycan Ordusunun olan əsgəri olan İsmayılov Bahaləddin Şuşa şəhəri istiqamətində şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətənə xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love