Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlarda mütəmadi olaraq müxtəlif müsabiqələr keçirilir. Belə müsabiqələrdən biri də Azərbaycanın bütün bölgələrindən iştirakçıların olduğu, “Qobustan” Milli Tarix-Bədii qoruğu tərəfindən həyata keçirilən “Qobustan abidələri” adlı esse müsabiqəsidir. Müsabiqədə Ağstafa rayon Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Alızadə Alı 3-cü yerə layiq görülmüşdür. Bu münasibətlə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Ağstafa rayon Təhsil şöbəsində məktəbli “Qobustan” Milli Tarix-Bədii qoruğu tərəfindən göndərilmiş sertifikat və hədiyyələrlə təltif olunmuş, ona dərslərində uğurlar arzulanmışdır.