Keşikçidağ gəncləri "Nə?Harada?Nə zaman?" İntellektual yarışında

23 oktyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə “Nə?, Harada?, Nə zaman?” intellektual bilik yarışmasına start verilmişdir. Şəmkir rayon Gənclər evində keçirilən zona üzrə Respublika turnirlərinə YAP Ağstafa rayon təşkilatının komandası da qoşulmuşdur. Komandanın əsas heyətində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun gənc əməkdaşları iştirak etmişdir. Gənclərimizin bu cür tədbirlərdə iştirakının davamlı olmasını arzulayırıq.

Spread the love