"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq" layihəsi çərçivəsində

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 22 oktyabr 2022-ci il tarixində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Ələkbərov Məhəmmədəli Bayram oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra şəhidin evində olmuş və valideynlərinə baş sağlığı vermişlər. Qeyd edək ki, Ələkbərov Məhəmmədəli Bayram oğlu Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri olan Ələkbərov Məhəmmədəli Zəngilan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Vətənə xidmətə görə” və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love