"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq" layihəsi çərçivəsində

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Şıxməmmədov Natiq Zakir oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra şəhidin evində olmuş və valideynlərinə baş sağlığı vermişlər. Qeyd edək ki, Şıxməmmədov Natiq Zakir oğlu Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şıxməmmədov Natiq Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmiş və Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love