10 dekabr 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə AMEA-nın əməkdaşları sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İmaş Hacıyev və tarix elmlər doktoru, profesor Arif Məmmədovla birlikdə arxeoloji ekspedisiya məqsədi “Keşikçidağ” Dövlət tarix- mədəniyyət qoruğu ərazisində qazıntı işlərində olmuşdurlar. Əsas tədqiqatlar Qatardağ silsiləsində düzənlik boyu zolaqla aparılmışdır. Arxeoloji qazıntılar zamanı yeni kurqanlar aşkar edilmişdir. Həmin kurqanlardan saxsı küplər, məişət əşyaları, arxeoloji qazıntılar zamanı aşkar edilən tarixi keçmişimizi özündə əks etdirən maddi-mədəniyyət nümünələri toplanaraq qoruğun inzibati binasında yaradılmış kiçik muzeyə qoyulmuşdur.