“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu yarandığı tarixdən bu günədək mütamadi olaraq elmi-tədqiqat və arxeoloji- qazıntı işləri aparılır. Bu tədqiqatların davamı olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə Rusiyalı alimlər Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi Ceyrançöl ərazində elmi tədqiqat və kəşfiyyat işləri aparmaq məqsədilə buraya ezam olunmuşlar. Rusiya Federasiyanın Sankt Peterburq vilayətində yerləşən Rusiya Elmlər Akademiyasının Maddi mədəniyyət tarixi İnstitutunun tarix elmləri namizədi Oçerednoy Aleksandr Konstantinoviç, tarix elmləri doktoru Sergey Aleksandroviç Kulakov, Novosibirski şəhərində yerləşən Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix elmləri doktoru Anoikin Anton Aleksandroviç, Rusiya Elmlər Akademiyasının Dağıstan Mərkəzinin Geologiya İnstitutunun geoloqu, elmlər namizədi İdris İdrisov Abdulbutayeviç AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun daş dövrü üzrə mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun iştirakı ilə qoruğun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur. Qonaqlar ilk öncə kiçik muzey tipli stendlə tanış olmuşlar. Onları Ceyrançöl ərazisinə cəlb edən əsas hədəflərdən biridə Ceyrançölün Mingəçevir və Dumanisi arealında yerləşdiyini nəzərə alaraq burada yaşayış düşərgələrinin olmasıdır. Bu səbəbdən qoruq ərazisində yerləşən yaşayış düşərgələrində axtarışların aparılması qarşıya əsas hədəf olaraq qoyulmuşdur.