“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Cəlilov Xaləddin Asəf oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra şəhidin evində olmuş və valideynlərinə baş sağlığı vermişlər. Qeyd edək ki, əslən Ağstafadan olan Cəlilov Xaləddin Rusiya Federasiyanın Sankt-Peterburq vilayətində anadan olmuşdur. Orta təhsilini Ağstafa rayonunda almış şəhidimiz Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Cəlilov Xaləddin sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır.