Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2022-ci ilin təsdiq edilmiş iş planına uyğun olaraq elmi işçilər tərəfindən qoruq ərazisində yerləşən abidələrin təbliği məqsədilə mütəmadi olaraq elmi seminarlar keçirilir. Belə seminarlardan biri 29.09.2022-ci il tarixində qoruğun əməkdaşı Məmmədova Firuzə tərəfindən
“Qarabağ və Keşikçidağda Alban mədəniyyətinin izləri” mövzusunda keçirilmişdir. Seminarda digər qoruqların əməkdaşları da iştirak etmişlər.