Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2022-ci ilin təsdiq edilmiş iş planına uyğun olaraq elmi işçilər tərəfindən qoruq ərazisində yerləşən abidələrin təbliği məqsədilə mütəmadi olaraq elmi seminarlar keçirilir. Belə seminarlardan biri 26.09.2022-ci il tarixində qoruğun əməkdaşı Hüseynova Fazilə tərəfindən
“Keşikçidağ abidələrinin qorunması və bərpasına əsaslı yanaşma” mövzusunda keçirilmişdir. Seminarda digər qoruqların əməkdaşları da iştirak etmişlər.