Ağstafa rayonun Aşağı Kəsəmən kəndindən olan şəhidimiz Eşqin Nəsib oğlu Omarov kənd qəbirstanlığında izdihamla dəfn olunub.

Ağstafa rayonun Aşağı Kəsəmən kəndindən olan şəhidimiz Eşqin Nəsib oğlu Omarov kənd qəbirstanlığında izdihamla dəfn olunub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin dəfnində Ağstafa RİH başçısı, MN-nin nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları iştirak etmişlər. Məlum olduğu kimi sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Emənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Silahlı Qüvvələrimiz düşmənin hərbi təxribatına layiqincə cavab verərək şəhidlərimizin qisasını almışlar.
 
 
 
 

Spread the love