Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun iş fəaliyyəti ilə tanış olmaq üçün qoruğun inzibati binasında olmuşdur. Ilk oncə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova qoruq əməkdaşı tərəfindən qoruğa məxsus müasir tipli kiçik stenddə sərgilənən, ərazidə aparılmış elmi-arxeoloji qazıntı işləri zamanı aşkarlanmış zəngin artefaktlarla bağlı geniş məlumat verilmişdir. Görüşdə qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək “Keşikçidağ” Dövlət tarix-mədədəniyyət qoruğunun yaradılmasından, elmi-tədqiqatlar və arxeoloji qazıntılardan, qoruğun bu günə qədər gördüyü işlərdən, gələcək layihələrdən bəhs etmişdir. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov gələcəkdə aparılacaq tədqiqatlar haqqında öz tövsiyələrini bildirmişdir. Sonda inzibati binanın girişində yerləşən kiçik muzeyin qarşısında xatirə şəkli çəkdirilmişdir.