Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə qoruq ərazisində həyata keçirilən "Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 2"adlı layihəmiz uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə qoruq ərazisində həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 2″adlı layihəmiz uğurla davam etdirilir. Qazıntılar zamanı aşkarlanmış zəngin maddi-mədəniyyət nümunələri layihədə iştirak edən Ağstafa gənclərinin böyük marağına səbəb olur. Belə ki, gənclər arxeoloji tapıntılar nəticəsində bu torpaqlarda məskən salmış ulu əcdadlarımızın yaşayış tərzi, dünyagörüşü, adət-ənənələri, dini inancları ilə bağlı daha çox məlumatlanır, tariximizi əyani şəkildə öyrənirlər.
 
 

Spread the love