"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları "Qədim Şəmkir Şəhəri" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2022-ci ilin iş planına əsasən ölkə ərazisində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları arasında birgə əməkdaşlıq edilməsi məqsədilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları “Qədim Şəmkir Şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar. Qoruq əməkdaşları tarix elmləri doktoru, arxeoloq Tarix Dostiyev və tarix üzrə fəlsəfə doktoru, arxeoloq Rəşid Bəşirovun iştirakı ilə aparılan elmi-arxeoloji qazıntılarla tanış olmuş, həmçinin qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrinə baxış keçirmişlər. ‘
“Qədim Şəmkir Şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları qoruq haqqında geniş məlumat vermiş və bildirmişlər ki, Narınqala istiqamətində – bir hektar ərazidə 7 qazıntı sahəsində tədqiqat işləri aparılmışdır. Daha sonra hər iki qoruğun əməkdaşlarının iştirakı ilə çay süfrəsində fikir mübadiləsi aparılmışdır.
 
 
 
 
 

Spread the love