2010-cu il iyun ayında Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun rəhbəri Musa Mursaquliyevin təşəbbüsü ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini şərqşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Hacıyev, fəlsəfə elmlər doktoru Yunis Nəsibli, AMEA-nın Memarlıq və İncəsənət İnsitutunun memarları fəlsəfə elmlər doktoru Rizvan Qarabağlı və fəlsəfə elmlər doktoru Sabir Əlihüseynli qoruq ərazisində tədqiqatlar aparmışlar və bu tədqiqatların nəticəsi olaraq sənədli film hazırlanmışdır.