Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2022-ci ilin iş planına əsasən yerli tarix-mədəniyyət qoruqları və digər mədəniyyət müəssisələri arasında birgə əməkdaşlıq edilməsi məqsədilə 17 avqust 2022-ci il tarixdə “Qədim Şəmkir Şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi dünya əhəmiyyətli abidələrdən biri olan “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun filialı olan “Damcılı mağarası”na səyahət etmiş, yerli və Yaponiyalı mütəxəssislər tərəfindən aparılan arxeoloji qazıntılarla tanış olmuşlar.
Daha sonra “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında hal-hazırda “Qədim Şəmkir şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunda arxeolji qazıntı aparan tarix elmlər doktoru, arxeoloq Tarix Dostiyev, AMEA-nın aparıcı elmi işçisi Rəşid Bəşirov və qoruq əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada qarşıda duran məsələlər və qarşılıqlı əməkdaşlıq müzakirə olunmuşdur.