Ağstafa rayon Mədəniyyət Mərkəzində 12 Avqust Gənclər günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun gənclər və idman sahəsinin məsul şəxsləri, qazilər fəal gənclər həmçinin ictimaiyyət nümayəndələri və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları iştirak etmişlər.
RİH başçısı qeyd edib ki, dünyada Beynəlxalq Gənclər günü 1998-ci ildən qeyd olunmasına baxmayaraq, ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq fərmanla Azərbaycanda hər il “2 fevral Gənclər Günü” kimi qeyd olunur. Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkədə gənclərə yüksək diqqət və qayğı göstərilir.
Tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı Firuzə Məmmədova qoruğun inkişaf etdirilməsi istiqamətində çıxış edərək öz təkliflərini irəli sürmüşdür. Təklif rayon rəhbərliyi tərəfindən müsbət qarşılanmışdır və bu istiqamətdə işlər görüləcəyi vurğulanmışdır.