Mədəni irsimizin qorunması həmişə prioritet məsələlərdən biridir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində 22 adda 314 sayda abidə mövcuddur. Həmin abidələrin Google Earth proqramında yerləşdirilməsi və GPRS koordinatlarının dəqiq ölçülməsi istiqamətində qoruq artıq fəaliyyətə başlamışdır. Belə ki, bu məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilmiş və buna müvafiq olaraq sözü gedən abidələrin koordinatlarının dəqiq ölçülməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndələri qoruq ərazisində olmuş və abidələrin GPRS koordinatları ölçülmüşdür. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Yaxın günlərdə internet resurslarından istifadə edən hər bir şəxs qoruq ərazisində yerləşən abidələrin koordinatlarını və şəkillərini Google Earth proqramında izləyə biləcəklər. Mədəni irsimizin qorunması həmişə prioritet məsələlərdən biridir.
 
 
 
 
 

Spread the love