2009-cu il 27 sentyabrda “Beynəlxalq Turizm” günü ilə əlaqədar Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun rəhbəri Musa Mursaquliyevin rəhbərliyi altında rayon məktəblilərinin qoruğa ekskursiyası təşkil edilmiş, məktəblilər mağaralarla yaxından tanış olmuş, ekskursiya zamanı məktəblilərə qoruğun şəkillərindən ibarət bukletlər paylanmışdır.