Ağstafa rayonunun Xətai kənd sakini Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu Əliyev Tahir Çingiz oğlu avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində aldığı xəsarətdən şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz avqustun 6-da rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidimizin doğmaları ilə yanaşı Ağstafa rayon İcra Hakimiyyətinin başçısı və məsul şəxsləri, idarə-təşkilat çalışanları, həmçinin qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Allah şəhidlərimizə rəhmət etsin!