Skip to content
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu ucsuz-bucaqsız Ceyrançöldə sıldırım dik qayalıqda yerləşdiyi üçün ərazidə zərər verici həşəratlar( əqrəb, gənə, hörümçək və s.), zəhərli ilanlar xüsusilə də Qafqaz gürzəsi üstünlük təşkil edir. Bu səbəbdən qoruq əməkdaşlarının və əraziyə səyahət edənlərin təhlükəsizliyini təmin etmək, onlara yerindəcə ilkin yardım göstərmək məqsədilə qoruq əməkdaşlarına Ağstafa Rayon Mərkəzi Xəstəxananın Publik Hüquqi şəxsin ixtisaslı həkimləri tərəfindən tibbi masterklass keçirilir.
"Keşikçidağ yerli mətbuatda" 17 İyl,2024 Əlverişsiz hava şəraitindən və küləyin təsirindən yararsız hala düşmüş məlumat lövhələri qoruq əməkdaşları tərəfindən bərpa edilərək yenilənmişdir. 16 İyl,2024 “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Tarixi etnologiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru hal hazırda bölgədə və qoruq ərazisində yerləşən abidələrin etimologiyasının və toponimlərinin araşdırılması istiqamətində tədqiqat aparan İsmayıl Umudlunun iştirakı ilə 12.07.2024-cü il tarixində “Qərb bölgəsinin etnologiyası" adlı onlayn seminar keçirilmişdir. 13 İyl,2024 "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında 2024-cü ilin birinci yarısının yekunlarına dair elmi şuranın növbəti iclası keçirilmişdir. 10 İyl,2024 Keşikçidağ beynəlxalq arenada... 08 İyl,2024 "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları Tava təpə qədim yaşayış düşərgəsində aparılan arxeoloji qazıntılarla tanış olmuşlar. 05 İyl,2024 Gəncə-Qazax bölgəsinin ən zəngin arxeoloji abidələrindən biri Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yerləşən Tavatəpə qədim yaşayış yeridir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları xarici mütəxəssislərin - Türkiyəli və İtaliyalı arxeoloqların iştirakı ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun dosenti, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun rəhbərliyi ilə aparılan qazıntılarda arxeologiyanın predmeti, dövrlər üzrə sistemləşdirilməsi, metodların öyrənilməsi, geoskan aparatının işlənmə mexanizmlərini öyrənmək məqsədilə ərazidə olmuşlar. 04 İyl,2024 “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfovun iştirakı ilə 28.06.2024-cü il tarixində “Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən Qarasoy kurqanlarında aparılmış arxeoloji tədqiqatlar" adlı onlayn seminar keçirilmişdir. 02 İyl,2024 “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin iştirakı ilə 27.06.2024-cü il tarixində “Keşikçidağ mağaralar kompleksinin tarixi mənbələrdə yeri" adlı onlayn seminar keçirilmişdir. 01 İyl,2024 “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə 24.06.2024-cü il tarixində “Keşikçidağın arxeoloji abidələri" adlı onlayn seminar keçirilmişdir. 27 İyn,2024