Keşikçidağ beynəlxalq arenada…
Qoruğun beynəlxalq arenada tanıdılması məqsədilə qoruq mütəmadi olaraq xarici konfranslarda iştirak edir. Buna müvafiq olaraq qoruğun direktoru Musa Mursaquliyev 6-7 iyul 2022-ci il tarixində Fransanın Paris şəhərində keçirilən “INTERNATİONAL PARİS CONFERENCE ON SOCİAL SCIENCES – VII” adlı konfransda “Qafqaz Albaniyasının irsi – Keşikçidağ” adlı məqalə ilə iştirak etmisdir. Sonda konfrans təşkilatçıları tərəfindən qoruq rəhbərliyinə Sertifikat göndərilmişdir.
![](https://keshikchidagh-heritage.az/wp-content/uploads/2022/08/62.jpg)