“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.
×
Milli memarlıq irsinin qorunmasında və təbliğində göstərdiyi xidmətlərə görə "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev "Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü" seçilmiş və Fəxri fərmanla təltif edilmişdir.