“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.
×
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində qoruq əməkdaşları tərəfindən Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış "Badam bağı"nı daha effektiv suvarmaq məqsədilə su anbarının tikintisinə başlanılıb.