Skip to content
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2022-ci ilin iş planına əsasən qoruğun beynəlxalq arenada tanıdılması məqsədilə qoruq mütəmadi olaraq beynəlxalq konfranslarda iştirak edir. Buna müvafiq olaraq qoruğun direktoru Musa Mursaquliyev 6-7 iyul 2022-ci il tarixində Fransanın Paris şəhərində keçirilən "INTERNATİONAL PARİS CONFERENCE ON SOCİAL SCIENCES - VII" adlı konfransda "Qafqaz Albaniyasının irsi - Keşikçidağ" adlı məqalə ilə iştirak etmisdir.
10 May-Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. 07 May,2025 Ağstafa rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonun üzrə Təhsil Sektorunun və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon ümumtəhsil müəssisələrinin gənclərin çağırışaqədərki hərbi hazırlığı və fiziki tərbiyə müəllimlərininin iştirakıyla Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunması ilə əlaqədar “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı keçirilən intellektual yarışın qalibləri mükafatlandırılmışdır. 06 May,2025 2 may 2025-ci il tarixində Azərbaycan Respublikasınının Mədəniyyət Nazirliyi tərəfindən Qazax rayonunda "Uşaq İncəsənət Festivalı" həyata keçirilmişdir. 06 May,2025 03.05.2025-ci il tarixində Gəncə şəhərindən olan bir qrup turist "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə ekskursiya etmişlər. 05 May,2025 Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən və xüsusi rəmzi mənaya malik olan “Badam bağı” təbiətin oyanışı ilə birlikdə bu il də yenidən canlanaraq çiçəklənməyə və bar verməyə başlamışdır. 02 May,2025 Candargöl kurqanlarında aparılmış arxeoloji qazıntı işlərindən. 01 May,2025 18 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçirilmişdir. 21 Apr,2025 16 aprel 2025-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyəti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, “Keşikçidağ” və "Avey" Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə 18 Aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nə həsr olunmuş "Yeni elmi araşdırmalar, Qazax - Ağstafa bölgəsinin maddi mədəni irsi və Ağalıqtəpədə aparılmış elmi arxeoloji tədqiqatların ilkin yekunları" mövzusunda elmi-praktiki seminar təşkil olunmuşdur. 18 Apr,2025 Ağstafa Rayon İcra Hakimiyyəti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, “Keşikçidağ” və "Avey" Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə 18 Aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nə həsr olunmuş "Yeni elmi araşdırmalar, Qazax - Ağstafa bölgəsinin maddi mədəni irsi və Ağalıqtəpədə aparılmış elmi arxeoloji tədqiqatların ilkin yekunları" mövzusunda təşkil olunmuş elmi-praktiki seminardan görüntülər. 18 Apr,2025 18 Aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən həyata keçirilmiş ağacəkmə aksiyasından görüntülər. 18 Apr,2025