“Keşikçidağ” Dövlət tarix -mədəniyyət qoruğu tərəfindən həyata keçirilən
“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq”adlı layihə çərçivəsində qoruğun xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruzun üçüncü çərşənbəsi olan “Yel çərşənbə” sini öz evlərində deyil 44 günlük Vətən müharibəsində qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Əmrahov Emin və Quliyev Rusifin evində qeyd etmişlər. Qoruğumuzun xanım əməkdaşlarının təşəbbüsü ilə baş tutan bu görüşdə şəhidlərimizin döyüş yolu ilə tanış olmuş, onların ailələrinə hər zaman öz mənəvi dəstəklərini göstərəcəklərini bildirmişlər. Öz növbəsində şəhid ailələri də “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyinə və qadın kolletivinə öz təşəkkürlərini və məmnunluqlarını bildirmişlər