Əziz qadınlar! Sizi "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi adından təbrik edirik.

Yurdumuza bahar gəlir. Hər qədəmi bir bayramın müjdəsi, əli xonçalı, dodağı qönçəli, qoynu bənövşəli bahar…Baharın ilk bayramı qadınlarımızın payına düşür. Dünyanın ən gözəl, müqəddəs, incə, zərif məxluqlarıdır qadınlar. Şairi də var, bəstəkarı, rəssamı, alimi, hətta dövlət xadimi, Milli Qəhrəmanı da…
Qadın hər şeydən əvvəl anadır. Bizi dünyaya gətirən, həyat verən, dahilərin, mütəfəkkirlərin, şairlərin tərənnüm etdiyi, hüsnünə çox dəyərli sözlər söylədiyi ana!
Qadın ömür-gün yoldaşı, boyunu sevə-sevə böyütdüyümüz qız övladımızdır. Qadın hər acımıza qəmlənən, sevincimizlə şənlənən bacıdır, dostdur, rəfiqədir. Onlar ən ətirli çiçək kimi sevilməyə, əzizlənməyə layiqdirlər, dünyanın bəzəyi, baş tacıdırlar.
Əziz qadınlar! Sizi “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi adından təbrik edirik.
Arzu edirik ki, üzünüzdən təbəssüm, evinizdən, ocağınızdan sülh və əmin-amanlıq heç vaxt əskik olmasın. Bayramınız mübarək!
 

Spread the love