"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında "Xocalı soyqırımı"nın 30 illiyinə həsr olunmuş "Xocalı qan yaddaşımız" adlı dəyirmi masa keçirilmişdir.

 
Azərbaycan tarixinə qara hərflərlə yazılan “Xocalı soyqırımı” 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri tərəfindən Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə törədilmiş, qədim və tarixi abidələrlə zəngin olan Xocalı şəhəri yerlə yeksan edilmişdir. Dəyirmi masada Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qoruq əməkdaşları faciə haqqında çıxış edərək ermənilərin törətdiyi vəhşiliklərdən bəhs etmişlər.
Daha sonra qoruğun direktoru Musa Mursaquliyev Ağstafa rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ümumrayon tədbirində olmuş, Təhsil Şöbəsinin qabağında şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş kompleksin önündə keçirilən gül qoymamərasimində iştirak etmişdir.
 
 

Spread the love