"İlham Əliyev adına zirvə" və "Badam bağı" təmizlənmiş, suvarılmışdır.

“Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları mütəmadi olaraq qoruqda olur, ərazidə yerləşən “İlham Əliyev adına zirvə” ətrafında salınmış yaşıllıq parkını və Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış “Badam bağı”nı alaq otlarından təmizləyərək suvarırlar. Qoruq ərazisi küləkli olduğundan küləyin təsirindən zərər çəkmiş ağaclara qulluq edir, qabaqlayıcı tədbirlər həyata keçirirlər.

 

Spread the love