“Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu şanlı tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ölkə ərazisində fəaliyyət göstərən digər qoruqların iştirakı ilə “Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı vebinar həyata keçirmişdir. Vebinarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə yanaşı digər qoruqların əməkdaşları da çıxış edərək Milli Qurtuluş günü və bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan ümummilli lider Heydər Əliyev haqqında fikirlərini bölüşmüşlər.

Spread the love