Keşikçidağ beynəlxalq arenada

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2022-ci ilin iş planına əsasən “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun təbliğ edilməsi məqsədilə qoruq mütəmadi olaraq beynəlxalq konfranslarda iştirak edir. Buna müvafiq olaraq 18 iyun 2022-ci il tarixində qoruğun direktoru Musa Mursaquliyev “2. International Cappadocia Scientific Research Congress” adlı konfransa onlayn şəkildə qoşulmuş və “The ancient settlement of Keshikchidagh-Saggizli” adlı məruzəsini təqdim etmişdir.

 

Spread the love