"Qədim Şəmkir Şəhəri" və "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu arasında birgə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə dəyirmi masa təşkil edilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2022-ci ilin iş planına əsasən yerli tarix-mədəniyyət qoruqları və digər mədəniyyət müəssisələri arasında birgə əməkdaşlıq edilməsi məqsədilə “Qədim Şəmkir Şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında olmuş, binanın girişində yerləşən elmi-arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi kiçik muzeylə tanış olmuşlar. Daha sonra hər iki qoruğun əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada qarşıda duran məsələlər müzakirə olunmuşdur. Həmçinin iki qoruq arasında əməkdaşlığın daha da genişləndirilməsi və birgə işlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

 

 

 

Spread the love