13.05.2022-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov növbəti dəfə bir qrup fəal Ağstafa gənci ilə görüş keçirmişdir. Görüşdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi də iştirak etmişdir.
“Açıq mikrofon” qarşısında çıxış edən gənclərin səsləndirdikləri müxtəlif mövzular ətrafında fikir mübadiləsi və diskusiya şəraitində keçən tədbirdə qoruğun əməkdaşı Yusifzadə Lalə də çıxış edərək qoruq ərazisində mobil rabitənin olmamasının yaratdığı çətinliklərdən bəhs etmişdir. Cənab başçı məsələni nəzarətə götürəcəyini və həlli istiqamətində işlərin görüləcəyini qeyd etmişdir.