Şuşanın inciləri...

Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun Şuşada yerləşən ev-muzeyi. Bu ev XIX əsrdə Şuşa şəhərində inşa edilmişdir. 1959-cu ildən etibarən isə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət Nazirliyinin və Musiqi Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyovun ev-muzeyi fəaliyyətə başlamışdır. İlk vaxtlar bu muzey 4 otaqdan ibarət idi. Muzeyin birnici otağında Üzeyir Hacıbəyovun həyatının ilk illərinə aid qiymətli materaillar – tələbəlik illərinə aid eksponatlar, habelə 1920-ci ilədək qohum və ailə üzvlərinin foto şəkilləri sərgilənirdi. Muzeyin ekpozisiyasında bəstəkarın ilk yaradıcılığına aid zəngin əşyalar – ilk əsərlərinin əlyazmaları qoyulmuşdu. İkinci, üçüncü və dördüncü otaqda bəstəkarın sovet dövrünə aid olan və coşğun fəaliyyətini əhatə edən ekponatalar sərgilənirdi. İkinci otaqda həmçinin bəstəkarın heykəli də qoyulmuşdur.
Ermənistan Silahlı Qüvvələrinin işğalınadək muzeyin 1700-ə yaxın eksponat var idi. İşğal zamanı isə Üzeyir Hacıbəyova aid edilən yalnız 136 şəxsi əşyası Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilərək hazırda onun Bakıda fəaliyyət göstərən ev muzeyinə gətirilmişdir. Min altı yüzə yaxın eksponat isə Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir.
Bəstəkarın 100 illik yubileyi ilə əlaqədar 1985-ci ildə muzey daha da genişləndirildi. Binanın bir hissəsi ikimərtəbəli, digər hissəsi isə birmərtəbəli olaraq memorial evə çevrildi. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatlardan, o cümlədən, Azərbaycan Tarixi Muzeyindən bir çox əşyalar həmin muzeyə verildi, Üzeyir bəyin gipsdən heykəli ucaldıldı. 1978-ci ildə Üzeyir Hacıbəyovun ev-muzeyi təmir edilmiş və həyətində bulaq komleksi istifadəyə verilmişdir.  1992-ci ilə kimi, Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalına kimi fəaliyyət göstərmiş, daha sonra muzey Üzeyir Hacıbəyovun Bakıdakı Ev Muzeyində fəaliyyətini davam etdirmişdir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2021-ci ildə Üzeyir Hacıbəyovun ev muzeyinin bərpası ilə bağlı layihə təsdiq edilmişdir. Hazırda burada təmir bərpa işləri aparılır.
 

Spread the love