"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu

10.02.2022-ci il tarixində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı və AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, f.ü.f.d, dosent Atəş Əhmədlinin iştirakı ilə təşkil olunan ölkəmizdə yerləşən Qoruqlar arasında Zoom platformasında “Qoruqlarda ziyarətçi məmnunluğunun artırılması və mədəni xidmət klasterlərinin yaradılması” mövzusunda təşkil edilmiş onlayn tədbirdə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi və elmi işçiləri də iştirak etdilər. Tədbirdə Ağstafa rayonuna xas olan Novruz bayramı adət-ənənələrini qoruğa gələn turistlərə, qonaqlara təqdim edərək xidmət səviyyəsinin yüksəldilməsi üçün təkliflər dinlənildi, bu istiqamətdə layihənin hazırlanması tapşırıldı.

 

 

 

 

 

 

Spread the love