Müvafiq olaraq Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun iş fəaliyyəti ilə yaxından tanış olmaq üçün qoruğun inzibati binasında olmuş, qoruğun bu günə qədər gördüyü işlər, gələcək layihələrlə tanış olmuş, həmçinin qoruğun qarşısında duran problemlərlə bağlı tövsiyələr vermişdir. Ağstafa RİH başçısı Seymur Orucova məlumat verilmişdir ki, qoruğun yerləşdiyi Ceyrançöl ərazisində heç bir mobil operator işləmir, bunu nəzərə alaraq qoruğun informasiya mərkəzində mobil rabitə ötürücülərinin quraşdırılması üçün ölkənin mobil operatorlarına rəsmi şəkildə müraciət edilmiş, şirkətlərdən biri tərəfindən ərazidə ölçmə işləri aparılmış, lakin bu iş həllini tapmamışdır. Ağstafa RİH başçısı Seymur Orucov operativ şəkildə bu çətinliyin aradan qaldırılması istiqamətində işlər görmüş, bu görüşdən iki gün sonra Azercell, Bakcell və Narmobile mobil operatorlarının Bakı nümayəndəliyi əraziyə gələrək ilkin ölçmə işləri aparmışdır, artıq məsələ öz həllini tapmaqdadır.