18 May Beynəlxalq Muzeylər Günü

18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Ağstafa rayon Səməd Vurğun adına parkda ümumrayon tədbiri həyata keçirilmişdir. Tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi də öz stendi ilə iştirak etmişdir. Stenddə qoruq ərazisindən aparılmış arxeoloji qazıntılar və elmi tədqiqatlar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, qoruğa məxsus çap məhsulları , qazıntıları əks etdirən fotoşəkillərdən ibarət albomlar nümayiş olunmuşdur. Qoruğa məxsus stend tədbirdə iştirak edən qonaqlarda böyük marağa səbəb olmuşdur.

Spread the love