Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022- ci il tarixli sərəncamına əsasən 2022- ci ilin“Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu olaraq bu gündən “Şuşanın inciləri” adlı rubrikaya start veririk. Şuşa şəhərinin əsas simvollarından biri olan İsa Bulağı Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri də İsa Bulağıdır.İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşəlik ərazidə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yerli əhalinin məlumatına görə, bulaq ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır. Vətən müharibəsindən sonra İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.Bulağın özü mərmərdən hazırlanıb. İsa Bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.