Qara cilalı, böyük həcmli küp Sarıyoxuş dərəsi 2saylı kurqandan aşkarlanmışdır. Oturacaqdan gövdəyə qədər bikonik formadadır, kiçik boğaza və dar oturacağa malikdir, ağız hissəsi kənara qatlanmışdır. Çiyin hissəsi qabarıqdır, çiyin və boğaz hissəsini iki düz xətt dövrələyir. Hündürlüyü 55 sm, gövdə diametri 45 sm, ağız diametri isə 19sm-dir.