23–25 iyul 2025-ci il tarixlərində Xankəndi şəhərində baş tutan “Qarabağ 5-ci Beynəlxalq Elmi Araşdırmalar Konfransı” çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev “Qoruqların dini-mədəni irsində mağaralar və məbədlərin rolu” mövzusunda elmi məruzə ilə çıxış etmişdir.

Qoruğun rəhbəri tərəfindən təqdim olunan məqalədə qədim mağaraların və ibadət məkanlarının dini-mədəni kimliyin formalaşmasındakı yeri, onların qorunması və tədqiqi istiqamətində aparılan elmi fəaliyyətlər geniş təhlil olunmuşdur. Konfransın sonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunmuşdur.

Spread the love