2025-ci il 18 iyul tarixində “Keşikçidağ”, “Avey”, “Qədim Şəmkir Şəhəri” və “Çıraqqala–Şabran” Dövlət tarix-mədəniyyət qoruqları ilə yanaşı, Qazaxıstan Respublikasının “Sarayşık” tarix-mədəniyyət muzey-qoruğu, Özbəkistan Respublikasının “Səmərqənd” qoruğu, Başqırdıstan Respublikasının “Tarixi Ufa şəhəri” muzeyi və Qırğızıstan Respublikasının “Süleyman–Too” tarixi-memarlıq muzeyinin birgə təşkilatçılığı ilə onlayn formatda beynəlxalq əməkdaşlıq görüşü keçirilmişdir.

Görüşün əsas məqsədi ortaq türk dövlətləri olaraq paylaşdığımız zəngin tarix, mədəniyyət və mədəni irs kontekstində əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviq edilməsi və gələcək beynəlxalq layihələrin planlaşdırılması olmuşdur. Tədbirdə qoruqların rəhbərləri və əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Əsədov, həmçinin Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsibov iştirak edərək fikir və təklifləri ilə çıxış etmişlər. Çıxışlarda tarixi-mədəni qoruqlar arasında uzunmüddətli əməkdaşlığın və qarşılıqlı əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanmış, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq konfransların təşkili kimi konkret istiqamətlər müzakirə edilmişdir.
Bu əməkdaşlıq görüşü ortaq türkdilli dövlətlərin mədəni irsinin qorunması və təbliği istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.

Spread the love