“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən “İlham Əliyev adına zirvə”dən mağaralara qədər salınmış 600 metrlik turist yolu qoruq əməkdaşları tərəfindən təmizlənmiş, ağacların dibləri yumşaldılaraq suvarılmışdır.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.