“Keşikçidağ” Dövlət tarix – mədəniyyət qoruğunun inzibati binasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov və sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyevin birgə iştirakı ilə elmi masterklass təşkil olunmuşdur. Qoruq əməkdaşlarının iştirakı ilə keçirilən bu masterklassda Mənsur Mənsurov və İmaş Hacıyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə 15 iyun- 30 iyul tarixlərində həyata keçirilmiş “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə çərçivəsində aşkarlanmış arxeoloji artefaktlarla yaxından tanış olmuşlar.