Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi

“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə çərçivəsində qoruq ərazisinə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının iştirakı ilə tur təşkil olunmuşdur. Qonaqlar qazıntılar zamanı aşkarlanmış Son Tunc və İlk dəmir dövrünü əhatə edən kurqan tipli qəbirlər və tapılan eksponatlarla yaxından tanış olmuşlar. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarixçi-arxeoloq Pərviz Qasımov qonaqlara tapıntılar haqqında ətraflı məlumat vermiş və sualları cavablandırmışdır. Sonda qonaqlara çay süfrəsi təşkil olunmuş və xatirə şəkli çəkdirilmişdir.

Spread the love