Ağstafa rayon İdman və Gənclər İdarəsinin müdiri Əziz Məsmalıyev və Ağstafa Gənclərinin İnkişaf və Karyera Mərkəzinin müdiri Teymur Əliyevin rəhbərliyi altında könüllülərdən ibarət dəstə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən Kurqanlar vadisində həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihəmizdə iştirak etmişlər.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, tarixçi-arxeoloq, t.ü.f.d.Pərviz Qasımov və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev qazıntılar haqqında iştirakçılara geniş məlumat vermişlər.
Qeyd edək ki, layihə 10 gün davam edəcək.