Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarixçi-arxeoloq Pərviz Qasımovun rəhbərliyi altında “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Kurqanlar vadisində həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihənin ilkin mərhələsinə başlanılmışdır.