“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük-Kəsik kəndindən 28 km şimal-şərq istiqamətində, Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöldən 15 km şimal-şərq istiqamətindən başlayaraq dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.
Bu səbəbdən qoruq ərazisində heç bir mobil operator işləmir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Azercell və Bakcell şirkətlərinə dəfələrlə müraciətinin nəticəsi olaraq onların nümayəndələri əraziyə ezam olunmuşlar. Qoruq ərazisinə baxış keçirilmiş və yaxın günlərdə burada mobil şəbəkə ötürücülərinin qurulması planlaşdırılır.
